Generator aşağı yüklərdə istifadə olunarsa, mühərrikin ömrü qısalacaq və ciddi zədələnmələr baş verə bilər. Özəlliklə böyük gücdə bu daha vacibdir. Stand-by generatorlarında icazə verilən minimum yük ümumi gözləmə gücünün 30%-ni təşkil edir. Generator yüksüz və ya az yüklə işlədilirsə,
- Mühərrik hissələrinin korroziv zədələnməsi,
- Sürtkü yağının seyrəlməsi nəticəsində yağlama keyfiyyətinin azalması,
- Ağ tüstü
- Hava alma sistemində yağ sızması, maye axını,
- Silindr başlıqlarında karbon yığılması baş verə bilər.